21 iyun 2013 14:24
Julius Vobay Neftçinin düşərgəsinə qoşuldu
Futbol üzrə Syerra Leone yığmasının yarımmüdafiəçisi Julius Vobay “Neftçi”yə qayıdıb. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionunun aparıcı oyunçularından olan Vobay kubokun finalından sonra istirahətə yollanmışdı və uzun müddət idi ki, yeni mövsümlə bağlı planlarını açıqlamırdı.
Amma “Neftçi” Avstriya toplanışına başlayan kimi, o da klubun düşərgəsinə qoşulub. Julius artıq klubu ilə yeni müqavilə də imzalayıb.
Tərəflərin iki illik müqaviləyə imza atdıqları bildirilir.
