23 iyun 2013 01:55
Braziliya İtaliyaya, Meksika Yaponiyaya qalib gəldi (YENİLƏNİB)
Braziliyada təşkil olunan futbol üzrə Konfederasiyalar Kubokunun qrup oyunlarına yekun vurulur. Azerisport.az xəbər verir ki, bu gün turnir çərçivəsində daha iki oyun baş tutaub.
A qrupunda artıq yarımfinala vəsiqə qazanmış İtaliya və Braziliya milliləri qarşılaşıb. Qələbəni meydan sahibləri bayram ediblər. Digər oyunda isə heç bir iddiası qalmayan Yaponiya və Meksika yığmaları üz-üzə gəlib. Bu görüşdə isə meksikalılar üstün olublar.
Xatırladaq ki, Braziliya ilk iki oyununda Yaponiyaya 3:0, Meksikaya 2:0 hesabıyla qalib gəlmişdi. İtaliya isə Meksikanı 2:1, Yaponiyanı 4:3 hesabıyla məğlub etmişdi.
Konfederasiyalar Kuboku
Qrup mərhələsi
A qrupu
22 iyun
İtaliya – Braziliya - 2:4
Qollar: Qyaççerini, 51, Kyellini, 70 - Dante, 45, Neymar, 55, Fred, 66; 88.
Yaponiya – Meksika - 1:2
Qollar: Okazaki, 86 - Çikarito, 54; 66.
| 1 | Braziliya | 3 | 3 | 0 | 0 | 9 | 2 | +7 | 9 |
| 2 | İtaliya | 3 | 2 | 0 | 1 | 6 | 4 | +2 | 6 |
| 3 | Meksika | 3 | 1 | 0 | 2 | 3 | 5 | –2 | 3 |
| 4 | Yaponiya | 3 | 0 | 0 | 3 | 4 | 9 | –5 | 0 |
