21 iyun 2013 14:02

“Çempionatda qorxduğum oyunçu yoxdu”

Azerisport.az sizi “Qarabağ”ın qapıçısı Fərhad Vəliyevin müsahibəsi ilə tanış edir.
 
- Ötən mövsüm digər qapıçımız Miro Varvodiçlə əsas heyəti paylaşdın. Bu, sənin performansına nə dərəcədə təsir etdi?
- Ümumi götürəndə Miro ilə yarıbayarı oynadıq. İkimiz də sabit çıxış etdik. Buna baxmayaraq, ikimiz də öz formamızı yaxşı saxladıq, komanda üçün əlimizdən gələni etdik. Təbii ki, hər oyunçu əsas heyətdə meydana çıxmaq istəyir. Ancaq, düşünürəm ki, ehtiyatda qalmağım mənə pis təsir etmədi.
 
- Ötən mövsümdə hansı oyunun yaxşı, hansı oyununun uğursuz alındı?
- Uğurlu keçirdiyim oyun çox oldu. “Neftçi” ilə kubok qarşılaşmasının ilk matçında uğursuz çıxış etdiyimi düşünürəm. İndi fikirləşəndə AZAL ilə 2:0-lıq oyun yadıma gəlir ki, həmin oyunda üstün performans sərgiləmişdim.
 
- Fərhadın Avropadakı performansı deyəndə “Visla” ilə oyundakı möhtəşəm qurtarışlar və “Borussia” ilə oyundakı uğursuz çıxış yada düşür. Qarşıdan Avroliqa oyunları gəlir. Fərhad bu mübarizəyə nə dərəcədə hazırdı?
- Keçmiş Avroliqa oyunlarını yada salanda bizim oyunlarımızın komanda baxımından çoxu yaxşı bitib. O vaxtdan bu yana təcrübə baxımından əlbətdəki irəliləyiş var. Bu gün də ancaq biz Avropaya köklənmişik. Bütün komanda ilə birgə uğurları planlayırıq. Mən də psixoloji cəhətdən özümü tam hazır hiss edirəm. Qoy azarkeşlərimiz narahat olmasınlar.
 
- Sənin üçün ev oyunları ilə rəqib meydandakı oyunların nə dərəcədə fərqi olur?
- Ev oyunlarında öz azarkeşimiz qarşısında daha həvəsli oynayırıq. Əlbəttə bu, bizə müsbət təsir edir. Ancaq yaş artdıqca, rəqib meydanda oynasan belə özünü toparlaya bilirsən. Yalnız gənc yaşlarda rəqib meydanlarda həyacan olurdu.
 
- Azərbaycan çempionatında sənə daha çox çətinlik yaşadan hüçumçu kim olub?
- Çempionatda qorxduğum hücumçu yoxdu. Bütün hücumçulara eyni cür fikirlə yanaşmışam və oyunda olarkən eyni məsuliyyəti hiss edirəm.
 
- Klubun heyətinə yeni gənc qapıçılar cəlb olunur. Onlar barədə fikirlərin necədi?
- Potensiallı yoldaşlardı. Çalışıram öz təcrübəmdən də onlarla paylaşam. Ağaseyid gənc qapıçımızdı. Perespektivli və ən əsası, həvəsli biridi. İnşallah gələcəkdə bizə çox xeyri dəyəcək.
 
- Azarkeşlər hər zaman sən qapıda olarkən xilasedici biri olduğuna inanırlar. Həmin azarkeşlərə bir sözün varmı?
- Mənə ümid bəsləyənlərin hər zaman ümidini doğrultmağa çalışıram. Yaxşı gündə də, pis gündə də bizim yanımızda olublar. Onlara təşəkkürümü bildirirəm. İnşallah dəstəyə davam edərlər və bizim qələbəmizdə pay sahibi olarlar. (İmarət)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.