21 iyun 2013 15:26
“Vobay Neftçidə ötən mövsüm qazandığı qədər alacaq”
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov komandanın aparıcı yarımmüdafiəçi Julius Vobayla yeni müqavilə imzalanmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz Vobayla yeni müqavilə imzaladıq. O, artıq komanda ilə birgə Avstriya toplanışında iştirak edir. Vobay özü də yenidən “Neftçi”nin formasını geyəcəyi üçün sevincini bildirdi. Ona Rumıniya, Kipr klublarından, eləcə də ərəb ölkələrindən təkliflər var idi. Amma o, “Neftçi”ni seçdi. Bildirdi ki, “Neftçi”də qalmağı ürəkdən istəyib. Çünki ailəsi də Bakını çox xoşlayır”.

Süleymanov yeni müqavilənin maliyyə tərəfi barədə yalnız bunları söyləyib: “Sizi əmin edirəm ki, Vobay “Neftçi”də yenə ötən mövsüm qazandığı qədər alacaq”.