21 iyun 2013 15:37
“O, Azərbaycanın futbol ölkəsi olmasına çalışır”
Azerisport.az sizi “Bakı”nın fransalı sabiq müdafiəçisi Stefan Borbikoninin müsahibəsi ilə tanış edir.
- Azərbaycanda keçirdiyiniz 2010/11 mövsümünü necə xatırlayırsız?
- Yaxşı. Əvvəlcə, yerli mühitə, komandaya uyğunlaşmaq üçün var qüvvəmi sərf etməli oldum. Çünki Azərbaycan mədəniyyəti bizimkindən çox fərqlənir. Bakını ilk dəfə görəndə çox təəccüblənmişdim. Fransızların çox elə hesab edir ki, Azərbaycan keçmiş kommunist ölkəsi olduğuna görə 80-ci illərin səviyyəsindədi. Amma indi bu ölkə çox sürətlə inkişaf edir və böyük layihələr həyata keçirilir. Azərbaycan varlı ölkədi, böyük neft və qaz resurslarına malikdi.

- Azərbaycan və Fransa futbolu arasında nə kimi fərqlər var?
- Bu sahədə fərqlər çoxdu. Amma onlar futbolda da infrastrukturun yaxşılaşdırılması yönündə çox önəmli işlər görürlər. Məsələn, “Bakı” rəhbərliyi bu yöndə çoxlu investisiya yatırımları edirdi.

- “Bakı”nın prezidentindən danışaq. Hafiz Məmmədovu necə xatırlayırsız?
- Hafiz Məmmədov klubda tez-tez olmasa da, onun barəsində yalnız xoş xatirələrim qalıb. İstənilən halda o, iş adamıdı və bu üzdən daim məşğul olur. Klubun işləri ilə də Hafiz Məmmədovun kiçik qardaşı (Zeynal Məmmədov nəzərdə tutulur – azerisport.az) məşğul oludu. Hafiz Məmmədov çox sakit və eyni dərəcədə diqqətli insandı. O, həm də əliaçıq və alicənab adamdı. Məsələn, rus oliqarxlara qətiyyən bənzəmir. İştirak etdiyi hər oyundan sonra Hafiz Məmmədov futbolçulara hədiyyə verirdi. O, gülərüz insandır, oyunçulara daim hörmətlə yanaşırdı.

- Niyə o, “Bakı” ilə yanaşı “Lens” klubuna da investisiya yatırımı etmək qərarına gəlib?
- Hafiz Məmmədov futbolu çox sevir. Məncə, o, yeni kadrları hazırlamaq üçün fransız modelindən yararlanmaq qərarına gəlib. Yəqin ki, məqsədi Azərbaycanda Fransa metodundan istifadə edəcəklər. Qeyd etdiyimiz kimi, Azərbaycanda futbola da böyük qayğı və diqqət var. Hafiz Məmmədov isə futbol sahəsində görülən işlərə görə liderlərdən sayılır. O, Azərbaycanın futbol ölkəsi olmasına çalışır.

- Növbəti mövsümdən dörd azərbaycanlı futbolçu “Lens”də çıxış edə bilər. Siz onların səviyyəsi barədə nə deyə bilərsiz?
- Onlar yaxşı futbolçulardı. Qapıçı Kamran Ağayev çox yaxşı göstəricilərə malikdi. Mənə elə gəlir ki, “Lens” də öz gənc futbolçularını “Bakı”ya icarəyə verəcək. “Bakı”nın futbolçuları “Lens” səviyyəsinə uyğun olmasa, onda bu komandada çıxış edə bilməyəcəklər. Buna görə narahat olmağa dəyməz. Amma bəzi azərbaycanlı futbolçuların çıxışını izlədikdən sonra buna təəccüblənəcəksiz.

- “Lens” azarkeşlərini narahat edən əsas məqam ondan ibarətdi ki, Hafiz Məmmədov bu klubu şəxsi maraqlarına görə almaq istəyir...
- Mən tərəflərin konkret hansı şərtlərlə razılaşdığını bilmirəm. Təbii ki, Məmmədov bunu yalnız qarşı tərəf üçün etmir. Amma o, hər halda komandanı elə səviyyəyə çatdırmaq istəyir ki, “Lens” yenidən Liqa 1-ə qayıtsın. Həmçinin “Lens” və “Bakı”nın oyunçularının mübadiləsinin də faydalı olacağına ümid etmək olar. Məmmədovla Martelə inanıram. Məmmədovun “Lens” klubuna hansısa zərbə vurmaqda heç bir marağı ola bilməz. Əksinə, o, klubu inkişaf etdirmək, azərbaycanlı futbolçuların da burda nəyisə öyrənməsinə nail olmaq istəyir. “Bakı”nın prezidenti biznesdə əsl ekspertdi. Onun uğur qazanmaq üçün kifayət qədər təcrübəsi var. (lensois.com)