21 iyun 2013 16:08
Neftçi rəsmən açıqladı: Vobay ilə 2 illik müqavilə imzalandı
Çempionlar Liqasına Avstriyada hazırlaşan “Neftçi” klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, ardıcıl 3 mövsüm Azərbaycan çempionu olmuş flaqman bu gün Julius Vobayla 2 illik müqavilə imzalayıb. 29 yaşlı sierra-leoneli yarımmüdafiəçi artıq komandanın Avstriyadakı düşərgəsinə qoşularaq təlim-məşq toplanışında iştirak edir.
