21 iyun 2013 16:25
Qəbələnin daha bir rəqibi bəlli oldu
“Qəbələ”nin Türkiyədə həyata keçirəcəyi təlim-məşq toplanışı zamanı qarşılaşacağı daha bir sınaqçı-rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisi qardaş ölkədə Ukraynanın “Metallurg” (Zaporojye) klubu ilə üz-üzə gələcək.
Ukraynanın birinci divizion təmsilçisi ilə görüş iyulun 2-də baş tutacaq. Bu barədə klubu sözügedən komandanın baş məşqçisi Sergey Puçkov klub saytına açıqlamasında məlumat verib.
Qeyd edək ki, Yuri Syominin komandası iyulun 10-da Türkiyənin “Trabzonspor” klubu ilə üz-üzə gələcək. “Qəbələ”nin həmçinin “Mersin İdmanyurdu” və “Antalyaspor”la da görüşləri nəzərdə tutulub. Amma həmin oyunların tarixi bəlli deyil.
