21 iyun 2013 16:39
Yeni Azərbaycan çempionu müəyyənləşdi (FOTOREPORTAJ)
Bayıl stadionunda keçirilmiş iki oyunla U-17 UNICEF qızlar liqasının cari mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, III yer uğrunda oyunda Sumqayıt və Tovuz komandaları qarşılaşıb. 7:0 hesabı ilə qalib gələn Sumqayıt komandası III yeri tutub.
Zaqatala və UGİM-9 komandaları arasında final qarşılaşması isə 3:0 hesabı ilə UGİM-9 komandasının xeyrinə başa çatıb.
Final oyunundan sonra mükafatlandırma mərasimi keçirilib. (AFFA)
