21 iyun 2013 16:53
Azərbaycan çempionu bəlli oldu (VİDEO)
Xəbər verdiyimiz kimi, Bayıl stadionunda keçirilmiş iki oyunla U-17 UNICEF qızlar liqasının cari mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, III yer uğrunda oyunda Sumqayıt və Tovuz komandaları qarşılaşıb. 7:0 hesabı ilə qalib gələn Sumqayıt komandası III yeri tutub.
Zaqatala və UGİM-9 komandaları arasında final qarşılaşması isə 3:0 hesabı ilə UGİM-9 komandasının xeyrinə başa çatıb.
