21 iyun 2013 17:03
Gelaşvili: Əlimdən gələni edəcəm ki, Qarabağın bu həsrəti sona çatsın
Azerisport.az sizi “Qarabağ”ın yeni transferi Nikolas Gelaşvilinin müsahibəsi ilə tanış edir.
- “Qarabağ” klubu barədə ilkin təəssüratların necədi?
- Komanda çox yaxşı təsir bağışlayır. Burda mehribanlıq var. Hamı biri birilə dostluq münasibətindədi.
- Öz fiziki durumun necədi?
- Vəziyyətim normaldı. Hazırda məşqlər davam edir. Çalışıram ki, komandaya kömək etmək üçün daha yaxşı formada olum. Hər şey yaxşıdı.
- Transfer olmazdan əvvəl “Qarabağ” barədə məlumatınız var idimi?
- Bəli, bu ölkədə olan gürcü futbolçular “Qarabağ” barədə mənə müsbət məlumat vermişdilər. Demişdilər ki, “Qarabağ” ən yaxşı oynayan komandalardan biridi. Pressinq və sürəti ilə seçilir.
- Əvvəl “Qarabağ”da oynayan gürcü futbolçu Adamiyaya qısa olaraq azarkeşlər “Bico” deyirdi. Sənə qısa olaraq nə cür müraciət olunmasını istərdin?
- (Gülür) İstəyərdim azarkeşlər mənə Niko desinlər.
- Sən komandaya transfer olmazdan əvvəl hücum xəttində boşluq var idi. Bu boşluğu dolduracağına inanırsanmı?
- Bunu zaman göstərər. Mən özümü tərifləməyi xoşlamıram. Ancaq özümə inamım var. Komanda ilə bir yerdə yaşı nəticələr verə biləcəyimə inanıram.
- Nikonun Qarabağda futbolçu kimi hədəflərdi nədi?
- Birinci olaraq Avroliqada yaxşı nəticələr vermək istəyirəm. Bir də eşitmişəm ki, “Qarabağ” 17 ildi çempion olmur. Əlimdən gələni edəcəm ki, biz bu həsrətə son verək.
- “Qarabağ”da oynayarkən yenə Gürcüstan milli komandasına dəvət alacağına inanırsan?
- “Qarabağ” güclü komandadı. Burda oynamaq mənim özüm üçün də yaxşı olacaq. Əlbəttə ki, yaxşı nəticə verə bilsəm, milli komandamıza çağrılacağam. (İmarət)
