21 iyun 2013 17:54

Con Toşak: Bundan sonra bütün hücumçular saçını Toni Doblasa kəsdirsin

Yay təlim-məşq toplanışını Almaniyada keçirən “Xəzər Lənkəran” bu gun hazırlığın ikinci günündə məşqlərini davam etdirib. Azerisport.az xəbər verir ki, dünən axşam yağan güclü yağış tezliklə dayanmaqla yanaşı havanın sərinləşməsinə də səbəb olub.
 
Səhər məşqi fiziki təmrinlərlə başlayıb və bir saat ərzində qapıçılar istisna olmaqla futbolçular meydan boyu ayrılmış xüsusi nişanlara qədər müxtəlif qaçışları yerinə yetiriblər. Qapıçılar isə məşqçi Hafiz Əliyevin rəhbərliyi altında çalışıblar ki, onlarda hələ ki, topla yox, əsasən fiziki gücə hesablanan çalışmaları yerinə yetirirlər. Məşqin son yarım saatı isə daha maraqlı alınıb. Belə ki, qısaldılmış meydanda futbolçuları iki qrupa bölən Con Toşak azərbaycanlı futbolçularla legionerləri ayrı-ayrı komandalara ayırıb. Bu zaman təkcə Adrian Pit və yeni transfer Nildo yerli futbolçuların komandasında yer alıb. Baş məşqçi qapıçıların olmadığı qapılara iki toxunuşdan istifadə etməklə yalnız vurulacaq qolların baş zərbəsi ilə hesablanacağını tapşırıb.
 
Yarım saat ərzində daha yaxşı təsir bağışlayan yerli futbolçular ilk olaraq Kazım Kazımlı ilə hesabı açıblar. Saçını qapıçı Toni Doblasa tamamilə kəsdirən Kazımın fərqlənməsini görən Con Toşakın “bundan sonra bütün hücumçular Toninin yanına gedib saçını azaltsın” zarafatı oyuna əlavə rəng qatıb.
 
Nildonun ikinci qolunun daha baxımlı alınması da baş məşqçinin maraqlı etirafına səbəb olub: “Üç aya Lənkəranda belə gözəl başla vurulan qol görmədim. Nildo bizə çox kömək edəcək”. Nəhayət, Kazım Kazımlının daha bir qolu ilə səhər məşqi yekunlaşıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.