22 iyun 2013 19:16
İnterin itkin futbolçusu tapıldı
“İnter”in Türkiyə toplaşına qatılmayan, Avstriyadakı hazırlıqların isə ilk günlərində ortada görünməyən Brüs Abdulay geri qayıdıb. Azerisport.az xəbər verir ki, fransalı futbolçu klubun düşərgəsinə dönüb.
Baş məşqçi Kaxaber Sxadadze ona bu gün Rusiyanın “Krasnodar” klubu ilə keçirilən yoldaşlıq oyununda şans verib. Müdafiəçi meydana start heyətində çıxıb.
