22 iyun 2013 19:37
İnter – Krasnodar matçının hakimi özündən getdi
“İnter” və “Krasnodar” arasındakı yoldaşlıq oyununda maraqlı hadisə baş verib. Azerisport.az xəbər verir ki, matçın gedişində yan xətt hakimi özündən gedib.
Belə ki, Avstriyada keçirilən oyunun 75-ci dəqiqəsində Rusiya klubunun futbolçusu Joazinyo topu yana vurmaq istəyərkən zərbəsi yan xətt hakiminin başına dəyib. Matç dayandırılaraq, hakimi özünə gətirmək üçün tibbi yardım göstərilib.
