22 iyun 2013 19:41
Barсelona və Atletiсonun sabiq üzvü Bakı klubunda
“İnter”in düşərgəsindəki yeni əcnəbilərdən birinin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, İvan Benitesdi.
25 yaşlı mərkəz yarımmüdafiəçisi “Krasnodar”la oyunda meydana çıxıb. Onun son iş yeri Cənubi Kiprin “Nea Salamis” klubu olub. 2011-ci ildən bu klubda çıxış edən Benites 43 oyunda meydana çıxıb.
“İnter”in baxışa çağırdığı futbolçu 2007-cu illərdə İspaniyanın “Las Palmas” klubunun A və B komandalarında çıxış edib. 2009/10 mövsümündə “Barcelona”nın B komandasında 12 oyun keçirən müdafiəçi 2010-da “Atletico”nun B komandasının formasını geyinib – 7 oyun. Benites 2011-ci ildə Cənbui Kiprin “Doxa” klubunda çıxış edib (10 oyun).
O, İspaniya U-19-nun sabiq üzvüdü.
