23 iyun 2013 00:18

Galatasaray prezidentini seçdi

Türkiyənin “Galatasaray” klubunda növbədənkənar prezident seçkiləri keçirilib. Azerisport.az xəbər verir ki, bir müddət əvvəl föqəladə konfrans qərarı verən İstanbul klubunda gözlənilən seçki nəhayət ki, baş tutub.
 
Prezidentliyə yeganə namizəd olan hazırkı prezident Ünal Aysal konfrans iştirakçısı olan 1412 nəfərdən 1404-nün səsini qazanıb. Bununla da o, qarşıdakı 3 ildə kluba rəhbərlik etmək şansı qazanıb.
 
Prezidentlə yanaşı, “Galatasaray”ın yeni İdarə Heyəti də seçilib.
 
Üzvlər: Özkan Olcay, Ümit Özdemir, Şükrü Ergün, Sedat Doğan, Candan Erçetin, Aka Gündüz Özdemir, Emir Sarıgül, Mete İkiz, Mehmet Cibara, Adnan Nas.
 
Ehtiyat üzvlər: Ahmet Yüce Ocaklı, Mehmet İpekdokuyan, Mehmet Karlı, Necati Demirkol, Ebru Köksal.
 
Qeyd edək ki, Aysal ilk dəfə 2011-ci ilin 14 mayında “Galatasaray”ın prezidenti seçilmişdi. Klub onun rəhbərliyi altında ardıcıl iki dəfə Super Liqanın qalibi olub və ötən mövsüm Çempionlar Liqasının 1/4 finalına çıxaraq, “Real”a uduzub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.