23 iyun 2013 00:54
Abışov Rubinin heyətində Steauaya qarşı oynadı
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov Rusiyanın “Rubin” klubunda növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası Avstriya toplanışı çərçivəsində Rumıniyanın “Steaua” klubu ilə üz-üzə gəlib.
Görüşdə hesab açılmayıb – 0:0. Baxmayaraq ki, “Rubin” 60-cı dəqiqədə penalti qazansa da, Ryazantsevin zərbəsini rəqib qolkiper dəf edib.
Abışov ikinci hissədə meydana çıxıb. Millimizin üzvü matçın sonuna kimi meydanda olub.
