22 iyun 2013 12:52
Neftçi Avrasiya Kubokuna qatılmaqdan imtina etdi
“Neftçi” futzal klubu Konstantin Yeryomenko adına birinci Avrasiya Kubokunda iştirakdan imtina edib. Azerisport.az saytına müsahibəsində bunu, AFFA rəsmisi Asim Xudiyev məlumat verib.
Qeyd edək ki, paytaxt klubu bu turnirdəki iştirakını iyunun əvvəlində təsdiqləməli idi. Amma onlar bunu etməyiblər. İmtinanın səbəbi isə açıqlanmır.
Maraq üçün xatırladaq ki, “Neftçi”dən öncə “Araz” da bu turnirdə iştirakdan boyun qaçırmışdı. Nəticədə, ilk Avrasiya Kuboku Azərbaycan klubları olmadan keçiriləcək.
