22 iyun 2013 18:50
İnter Rusiya klubu ilə sülh bağladı (YENİLƏNİB)
Bakının “İnter” klubu bu gün Avstriyada növbəti yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, “bankirlər” Tirol toplanışı çərçivəsində Rusiyanın “Krasnodar” klubu ilə qarşılaşıb.
Qeyd edək ki, “Krasnodar” Rusiya Premyer Liqasında mübarizə aparır. Bu komanda son mövsümü 16 klub arasında 10-cu yerdə tamamlayıb. Sözügedən komanda ilə görüşdə "İnter" qolsuz heç-heçəyə razılaşıb.
Xatırladaq ki, Kaxaber Sxadadzenin yetirmələri Avstriyadakı ilk sınaq matçında yerli "SV İnsburk" klubu ilə qarşılaşmış və rəqibini 8 cavabsız qolla məğlub etmişdi.
Yoxlama oyunu
22 iyun
İnter - Krasnodar - 0:0
