22 iyun 2013 14:16
Qəbələ daha bir yarımmüdafiəçi ilə müqavilə imzaladı
“Qəbələ” daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, bölgə klubu kapitan Elmar Baxşiyevi heyətdə saxlamağa qərar verib.
Bu barədə klubun baş meneceri Zaur Əzizov məlumat verib. Onun sözlərinə görə, 33 yaşlı yarımmüdafiəçi ilə bir illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Baxşiyevin “Qəbələ” ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatmışdı.
