23 iyun 2013 02:02
Beşiktaş Bakıda belə çempion oldu (VİDEO)
Xəbər verdiyimiz kimi, 17-22 iyun tarixlərində Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda II İBA Cup (U-14) beynəlxalq futbol turniri keçirildi. Azerisport.az xəbər verir ki, turnirin final qarşılaşması Türkiyənin "Beşiktaş" və İspaniyanın "Vilyarreal" komandaları arasında baş tutdu.
Bu matç Türkiyə təmşilçisinin 2:1 hesablı qələbəsilə başa çatdı.
