23 iyun 2013 02:17
Gelaşvili rəsmən Qarabağda
Qızılcahamamda Avropa Liqasının hazırlıqlarını davam etdirən “Qarabağ” transfer fəaliyyətinə də başlayıb. Azerisport.az xəbər verir ki, Murad Səttarlını icarədən geri qaytaran Ağdam təmsilçisi Nikolas Gelaşvilinin transferini rəsmiləşdirib.
Gürcüstan millisinin forvardı “Bohum”dan alınıb. 28 yaşlı forvardla 2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Nikolas karyerasına Gürcüstanın “VİT-Georgia” klubunda başlayıb (2003-2004, 6 oyun). Daha sonra “Kaxeti”də (2004-2005, 28 oyun, 8 qol) çıxış edən Gelaşvili 2005-ci ildə “VİT-Georgia”ya dönüb (2005-2007, 51 oyun, 25 qol). 2008-2012-ci illərdə “Zestafoni”nin əsas (105 oyun, 63 qol) və əvəzeidici komandasında (3 oyun, 1 qol) çıxış edən forvard 2012-ci ildə Almaniyanın “Bohum” klubuna keçib və II Bundesliqada 25 oyunda 2 qola imza atıb. O, bundan başqa “Bohum”un ikinci komandasının heyətində Regional Liqada 2 oyuna çıxıb.
Nikolas 2005-2006-cı illərdə Gürcüstan U-21-nə (7 oyun, 1 qol), 2007-ci ildən A milliyə dəvət alıb. Qətərlə oyunda debüt edən Gelaşvili 11 dəfə milli formanı geyib.
