23 iyun 2013 02:23
“Bura uğur qazanmaq üçün gəlmişəm”
“Qarabağ”ın yeni transferi Nikolas Gelaşvili klub saytına ilkin təəssüratlarını bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Qarabağ”a gəldiyim üçün çox məmnunam. Bilirəm ki, yeni komandam yüksək hədəflər üçün mübarizə aparır. Bizi çətin mübarizə gözləyir. Həm Avroliqada, həm də çempionatda. Komandada hər kəs məni mehriban qarşıladı. Bura uğur qazanmaq üçün gəlmişəm. “Qarabağ”ın yaxşı nəticə qazanması üçün əlimdən gələnin ən yaxşısını edəcəm. Buna əmin ola bilərsiz. Yeni komandamda meydana çıxacağım günü səbirsizliklə gözləyirəm”.
