23 iyun 2013 02:35
Qarabağ Rusiya klubu ilə iki sınaq matçı keçirəcək
“Qarabağ” Qızılcahamamda təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, gündə 2 dəfə olmaqla hazırlıqlarını sürdürən komandanın bütün futbolçuları çalışmalarda iştirak edirlər.
“Qarabağ”ın səhər çalışmaları yerli vaxtla 10:30-da, 2-ci məşqi isə 17:30-da start götürür.
Ağdam klubu təlim-məşq toplanışında 2 oyun keçirməyi planlaşdırır. Daha öncə “Sepehan”la oyun planlaşdırılsa da, İran klubunun Türkiyəyə gəlməməsi bunu əngəlləyib. Belədə “Qarabağ” hər 2 görüşdə “Mordoviya” ilə qarşılaşacaq. Rusiya təmsiçisi ilə ilk oyun iyunun 24-də, digəri isə 27-də baş tutacaq.
