22 iyun 2013 14:55
Neftçi slovakiyalı hücumçu gətirir (FOTO)
Azərbaycan çempionu “Neftçi” slovakiyalı hücumçu Robert Demyanı heyətinə qata bilər. Azerisport.az xəbər verir ki, paytaxt klubunun bu futbolçu ilə maraqlanması barədə xəbəri Polşanın “Podbeskidzie” klubunun meneceri Mihal Holeşçak yayıb.
“Demyana bir kisə təklif var! Məsələn, maliyyə baxımından çox sərfəli olan Azərbaycan çempionu “Neftçi”dən təklif almışıq. Ukraynanın “Hoverla” klubundan da sərfəli təklif var. Yunanıstanın PAOK və “Olimpiakos” klubları da onunla maraqlanır. Almaniyanın “Dinamo” (Drezden) klubundan da təklif alınıb”.
Qeyd edək ki, 1982-ci ildə anadan olmuş Demyan peşəkar karyerasında 2003-cü ildə “Trebişov” klubunda başlayıb. 2004-2006-cı illər aralığında isə o, “Puchov”da çıxış edib və 61 oyunda 8 qola imza atıb. 2006-cı ildə transfer olunduğu “Jijkov” klubunda 2010-cu ilə qədər çıxış edib və burda 13 oyuna 1 qolla yadda qalıb. 2010-cu ildən etibarən isə “Podbeskidzie”də top qovur. O, bu komandada 90 matçda 29 qol vurub.
