22 iyun 2013 15:07
İnterin hücumçusu barədə qərarı Pantiç verəcək
Bir müddət öncə də xəbər verdiyimiz kimi, “Bakı” “İnter”in forvardı Yuri Fomenkonun xidmətində maraqlıdı. Azerisport.az xəbər verir ki, hələlik “zolaqlılar” onu transfer etməyə tələsməsə də, bu keçidi arxa plana da keçirməyib.
Belə ki, paytaxt klubu yeni baş məşqçisi Milinko Pantiçin bu posta rəsmən təyin olunmasını gözləyir. Elə Fomenkonun keçidi barədə yekun qərarı da məhz o qəbul edəcək.
Qeyd edək ki, Fomenko ötən qış “Kəpəz”dən “İnter”ə keçmişdi.
