22 iyun 2013 15:51
Xəzər Lənkəranın yeniləri hansı nömrə altında çıxış edəcək?
“Xəzər Lənkəran” yay fasiləsində hələlik heyətinə 6 futbolçu qatıb. Azerisport.az xəbər verir ki, cənub klubunun yeniləri artıq forma nömrələrini seçib.
Belə ki, yerli futbolçulardan Rasim Ramaldanov 6, Pərdis Fərcad-Azad isə 77 nömrəli formanı seçib.
Legionerlərə gəlincə, Zohair Benuahi 11, Junior Nildo 12, Nikola Qliqorov 23, Duqlas Leyte isə 33 nömrəli formanı geyinəcək.
