22 iyun 2013 16:55

Cavid Hüseynov: DÇ-nin ab-havasını hiss etdikdən sonra çempionluğu istəyə bilərik

Futbol üzrə Azərbaycan yığmasının və “Bakı”nın yarımmüdafiəçisi, hazırda hərbçilərdən ibarət millimizin heyətində dünya çempionatına hazırlaşan Cavid Hüseynovun azerisport.az saytına müsahibəsi
 
- Siz əksər yığmalarımızda oynamısız. Bəs bu komanda sizin üçün nə deməkdi?
- Adından hər şey bəllidi. Ölkəmiz ilk dəfə bu dünya çempionatına ev sahibliyi etmək hüququ qazanıb. Buna görə toplaşmışıq. Xüsusi bir fərq görmürəm.
 
- Bəs hərbçilər hanı? Niyə futbolçular toplaşıb?
- Bu sual artıq mənə verilməməlidi. Amma heyətimizdə əsgərlər də var. Məsələn, Elvin Məmmədov hazırda hərbi xidmətdədi.
 
- Bəs siz?
- Mən artıq hərbi xidmətdə olmuşam. Buna görə də yenidən yığmaya dəvət olunmuşam. Bu da bir növ ölkəyə xidmətdi.
 
- Yəqin ki, futbolçuları bu komandaya cəlb edən başqa məqamlar da var...
- Əgər siz maliyyə tərəfini nəzərdə tutursunuzsa, belə bir söhbət olmayıb.
 
- Toplanış necə keçir?
- Bütövlükdə, pis deyil. Gündə iki dəfə məşq edirik.
 
- Şərait necədi?
- Şərait heç də alışdığımız kimi deyil. Çətinliklərimiz var. Amma buna fikir verməməyə çalışırıq. Məni bu komandaya Nazim Süleymanov dəvət edib. Bu insana hörmətim böyükdü.
 
- Sizcə, bu heyətlə komandamız uğur qazana bilər?
- Yaxşı komandadı. Uşaqlar bir-birini yaxşı tanıyırlar. Ona görə də problem olacağını düşünmürəm. Fikrimcə, qarşımıza yüksək hədəflər qoya bilərik. Sadəcə, hələ kimlərə qarşı oynayacağımızı bilmirik.
 
- Heç nə bilmirsiz?
- Xeyr. Heç onların hansı səviyyədə olmasından da xəbərimiz yoxdu.
 
- Deməli, Azərbaycanın dünya çempionu olmaq şansı var?
- Hələ bunu iddia etmək tezdi. Bizim hələ hazırlıq üçün vaxtımız var. Öncə qrupdan çıxmağa çalışmalıyıq. Ondan sonrasına baxarıq. Bizi İraq, Mali və Kanada ilə oyunlar gözləyir.

- Dünya çempionu olacağınızı təsəvvür edirsiz?
- Düzünü deyim ki, bu barədə düşünməmişəm. Amma ola bilər ki, bu turnirin ab-havasını hiss etdikdən sonra bizdə elə bir iştah yaransın. Dünya çempionluğu cazibədar səslənir. (gülür)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.