22 iyun 2013 17:35
Kamran Ağayev əməliyyat olundu (FOTO)
Futbol üzrə Azərbaycan milli komandasının və “Bakı”nın qapıçısı Kamran Ağayev cərrahiyyə əməliyyatına məruz qalıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun tibbi sponsoru "Acıbadem" Fulya xəstəxanası idman sağlığı mərkəzində reallaşan əməliyyat uğurla başa çatıb.
Professor Melih Paksoy tərəfindən gerşəkləşən əməliyyatın problemsiz keçdiyi və Kamranın özünü yaxşı hiss etdiyi bildirilir. Əməliyyatdan sonra bərpa dövrü keçəcək Kamran Ağayevin təxminən, 1 ay sonra məşqlərə başlayacağı gözlənilir.
