22 iyun 2013 17:52
Xəzər Lənkəranın rəqibləri bəlli oldu
Almaniya toplanışı çərçivəsində “Xəzər Lənkəran”ın sınaqçı rəqibləri bəlli olub. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Komanda hazırlıq müddətində əvvəlcədən nəzərdə tutulduğu kimi iki yoxlama oyununa çıxacaq.
İyun ayının 29-da Almaniyanın ikinci divizion təmsilçisi “Ingolstadt” klubu ilə üz-üzə gələcək “Xəzər Lənkəran”, ertəsi gün, iyun ayının 30-da üçüncü divizion təmsilçisi “Augsburg II” komandası ilə gücünü sınayacaq.
