23 iyun 2013 11:34
“İkinci hissədə İnterə bir neçə qol vura bilərdik”
Rusiyanın “Krasnodar” klubunun baş məşqçisi Slavolyub Muslin Bakı “İnter”inə qarşı Avstriyada keçirdikləri yoxlama matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, qolsuz başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Birinci hissədəki oyunumuzdan o qədər də razı deyiləm. Amma ikinci hissədə daha yaxşı oynadıq. Daha çox hərəkətdəydik, öz futbolumuzu oynadıq. Hətta bir neçə dəfə hesabı aça bilərdik. Qol vəziyyətləri var idi. Amma onlardan yararlanmaq baxımından işlər heç də yaxşı getmədi. İşləmək lazımdı. Qol vəziyyətlərini dəyərləndirməyi bacarmalıyıq”.