24 iyun 2013 01:49
İspaniya və Uruqvay da yarımfinala yüksəldi (YENİLƏNİB)
Braziliyada təşkil olunan futbol üzrə Konfederasiyalar Kubokunun qrup oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, bu gün turnir çərçivəsində daha iki oyun baş tutub.
B qrupunda artıq yarımfinala vəsiqə qazanmış İspaniya Nigeriya ilə qarşılaşıb və növbəti darmadağına imza atıb. Uruqvay isə turnirin aşkar autsayderi Taitini böyük hesabla məğlub edib. Nəticədə, Braziliya və İtaliyanın ardından İspaniya və Uruqvay da yarımfinala yüksəlib.
Xatırladaq ki, İspaniya ilk iki oyununda Uruqvaya 2:1, Taitiyə 10:0 hesabıyla qalib gəlmişdi. Uruqvay isə Nigeriyanı 2:1, Taitini 6:1 hesabıyla məğlub etmişdi.
Konfederasiyalar Kuboku
Qrup mərhələsi
B qrupu
23 iyun
Nigeriya - İspaniya - 0:3
Qollar: Alba, 3; 88, Torres, 62.
Uruqvay - Taiti - 8:0
Qollar: A.Hernandes, 2; 24; 45; 67, Peres, 27, Lodeyro, 61, L.Suares, 82; 90.
| 1 | İspaniya | 3 | 3 | 0 | 0 | 15 | 1 | +14 | 9 |
| 2 | Uruqvay | 3 | 2 | 0 | 1 | 11 | 3 | +8 | 6 |
| 3 | Nigeriya | 3 | 1 | 0 | 2 | 7 | 6 | +1 | 3 |
| 4 | Taiti | 3 | 0 | 0 | 3 | 1 | 24 | –23 | 0 |
