24 iyun 2013 00:53
Toni Adams Türkiyə Super Liqasına gəlir?
“Qəbələ”nin sabiq baş məşqçisi, hazırda bu klubun prezidenti Tale Heydərovun müşaviri vəzifəsində çalışan Toni Adams karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı “Antalyaspor”un prezidenti Gültəkin Güncer açıqlayıb.
O, komandanın boş qalmış baş məşqçi vəzifəsinə namizədlər arasında Toni Adamsın da olduğunu deyib. Amma o qeyd edib ki, ilk növbədə məqsədləri komandaya yerli məşqçi gətirməkdi.
Bu variant alınmayacağı təqdirdə, “Antalyaspor”un Toni Adamsla anlaşacağı istisna deyil.
Klub prezidentinin sözlərinə görə, 48 saat ərzində baş məşqçi məsələsini həll etməlidilər.
