24 iyun 2013 01:06
Azərbaycan klubları üçün avrokubok həyacanına start: bu gün rəqiblər müəyyənləşir
Bu gün UEFA-nın Nyon şəhərindəki (İsveçrə) mənzil qərargahında UEFA Çempionlar Liqasının və Avropa Liqasının ilk iki mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu il avrokuboklarda təmsil edəcək klublar da ilk rəqiblərini tanımış olacaqlar.
Qeyd edək ki, ölkəmizi ÇL-də yenə son çempion “Neftçi” təmsil edəcək. Avroliqada isə Premyer Liqamızın gümüş mükafatçısı “Qarabağ”, bürünc medalların sahibi “İnter”, eləcə də ölkə kubokunun finalçısı “Xəzər Lənkəran” qüvvəsini sınayacaq.
Maraq üçün öncə klublarımızın indiyəqədərki avrokuboklar tarixinə qısa nəzər salmaq istərdik. “Neftçi”nin avrokuboklardakı ilk sınağı 1995/96 mövsümünə təsadüf edib. O zaman “ağ-qaralar” Kuboklar Kubokunda iştirak etmişdi və elə ilk mərhələdə Kiprin APOEL klubuna məğlub olaraq, mübarizəni dayandırmışdı. “Neftçi” bütövlükdə avrokuboklarda 36 oyun keçirib. Bu görüşlərdən 9-da qələbə qazanan təmsilçimiz 10 heç-heçə etdiyi halda 17 görüşdən məğlub ayrılıb. Topların fərqi də bakılıların xeyrinə deyil – 31-67.
“Qarabağ”ın ilk avrokubok sınağı 1996-cı ilə təsadüf edib. Ağdam təmsilçisi evdə Finlandiyanın MYPA klubuna evdə uduzsa da, səfərdə qalib gəlib. Amma əlavə vaxtda buraxılan qol komandamızın mərhələ adlamasına mane olub. “Qarabağ” avrokuboklarda 30 matç keçirib. 10 qələbə qazanan təmsilçimiz 8 görüşdə heç-heçəyə razılaşıb, 12 qarşılaşmadan məğlub ayrılıb. Topların fərqi – 30-47.
Avrokuboklardakı ən bəxtsiz təmsilçilərimizdən biri “İnter”di. Beş dəfə ardıcıl avrokuboklarda iştirak edən “bankirlər” heç vaxt bir mərhələdən artığını keçə bilməyib. Paytaxt klubu qitə miqyaslı yarışlarda 12 matç keçirib. Bunlardan cəmi üçündə qalib gələn bank təmsilçisi 5 dəfə heç-heçə edib, 4 dəfə məğlub olub. Topların fərqində təmsilçimiz öndədi – 14-12.
“İnter” kimi, “Xəzər Lənkəran” da avrokuboklarda ciddi uğur qazana bilməyən klublarımızdandı. Cənub təmsilçisi cəmi bir dəfə mərhələ adlamağın sevincini dadıb. “Ağ-yaşıllar” avrokuboklarda 14 görüşə çıxıb. Onlardan yalnız birində qalib gələn təmsilçimiz 6 dəfə heç-heçə oynadığı halda, 7 qarşılaşmanı məğlub başa vurub. Topların fərqi isə belədi – 12-22.
İndi isə klublarımızın potensial rəqiblərinin siyahısına nəzər salaq. Qeyd edək ki, “Neftçi” qitənin ən nüfuzlu klub turnirinin ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. ÇL-in ikinci təsnifat mərhələsinin püşkatması zamanı “Neftçi” səpələnmişlər sırasında yer alacaq. Bu isə komandamızın güclülər sırasında olub, nisbətən zəif klublarla qarşılaşacağı anlamına gəlir. 34 komandanın iştirak edəcəyi ikinci mərhələdə 17 klub səpələnmişlər, bir o qədəri də səpələnməmişlər səbətində yer alacaq.
Bu mərhələdə iştirak etmək hüququ qazanan klublar aşağıdakılardı:
|
Səpələnmişlər
|
Səpələnməmişlər
|
|
BATE (Belarus)
|
Zeljezniçar (Bosniya və Herseqovina)
|
|
Celtic (Şotlandiya)
|
Hafnarfjordur (İslandiya)
|
|
Steaua (Rumıniya)
|
Gyor (Macarıstan)
|
|
Viktoria (Çexiya)
|
TNS (Uels)
|
|
Dinamo (Zaqreb, Xorvatiya)
|
Ludogorets (Bolqarıstan)
|
|
Partizan (Serbiya)
|
Sligo Rovers (İrlandiya)
|
|
Legia (Polşa)
|
Şaxtyor (Qazaxıstan)
|
|
Sheriff (Moldova)
|
Skenderbeu (Albaniya)
|
|
Maribor (Sloveniya)
|
Birkirkara (Malta)
|
|
Slovan (Slovakiya)
|
Cliftonville (Şimali İrlandiya)
|
|
Elfsborg (İsveç)
|
Daugava (Latviya)
|
|
Maccabi (Təl-Əviv, İsrail)
|
Sutjeska (Monteneqro)
|
|
Molde (Norveç)
|
Nomme Kalju (Estoniya)
|
|
HJK (Finlandiya)
|
Fola (Lüksemburq)
|
|
Ekranas (Litva)
|
Vardar (Makedoniya)
|
|
Neftçi (Azərbaycan)
|
İlk mərhələnin qalibi
|
|
Dinamo (Tiflis, Gürcüstan)
|
İlk mərhələnin qalibi
|
Eyni zamanda Andorra, Farer adaları, San-Marino və Ermənistan klublarının oynayacağı birinci təsnifat mərhələsinin 2 qalibi də mütləq “Neftçi”nin potensial rəqibi olacaq. Həmin klublar isə bunlardı: Streymur (Farer adaları), Lusitanos (Andorra), Shirak (Ermənistan) və Tre Penne (San-Marino).
Qeyd edək ki, ÇL-in ikinci təsnifat mərhələsinin ilk oyunları iyulun 16-17-də, cavab görüşləri isə həmin ayın 23-24-də keçiriləcək
Avroliqaya gəlincə, bu turnirin ilkin təsnifat mərhələsində 76 klub mübarizə aparacaq ki, onlardan da üçü Azərbaycan təmsilçisidi. Bütövlükdə, Avroliqanın ilk təsnifat mərhələsində mübarizə aparmaq şansı qazanan klublar aşağıdakılardı:
|
Səpələnmişlər
|
Səpələnməmişlər
|
|
Rosenborg (Norveç)
|
Domjale (Sloveniya)
|
|
Jilina (Slovakiya)
|
Glentoran (Şimali İrlandiya)
|
|
Levski (Bolqarıstan)
|
Metallurg (Skopye, Makedoniya)
|
|
Botev (Bolqarıstan)
|
Milsami (Moldova)
|
|
Videoton (Macarıstan)
|
Celje (Sloveniya)
|
|
Ventspils (Latviya)
|
Torpedo (Gürcüstan)
|
|
Tromse (Norveç)
|
Teteks (Makedoniya)
|
|
Aktobe (Qazaxıstan)
|
İrtış (Qazaxıstan)
|
|
Dinamo (Minsk, Belarus)
|
Jeunesse (Lüksemburq)
|
|
St Patrick's (İrlandiya)
|
Crusaders (Şimali İrlandiya)
|
|
Qarabağ (Azərbaycan)
|
Santa Coloma (Andorra)
|
|
Vojvodina (Serbiya)
|
Çixura (Gürcüstan)
|
|
Malmö (İsveç)
|
Jalgiris (Litva)
|
|
Sarajevo (Bosniya)
|
Mariehamn (Finlandiya)
|
|
Astra (Rumıniya)
|
Mika (Ermənistan)
|
|
Reykjavik (İslaniya)
|
İBV (İslandiya)
|
|
Dudelange (Lüksemburq)
|
Çelik (Monteneqro)
|
|
Inter Turku (Finlandiya)
|
Hibernians (Malta)
|
|
Dacia (Moldova)
|
Sliema (Malta)
|
|
Levadia (Estoniya)
|
Tiraspol (Moldova)
|
|
Linfield (Şimali İrlandiya)
|
Drogheda United (İrlandiya)
|
|
Honved (Macarıstan)
|
Narva Trans (Estoniya)
|
|
Valletta (Malta)
|
Gandzasar (Ermənistan)
|
|
Differdange (Lüksemburq)
|
Kruoja (Litva)
|
|
Metallurg (Liepaya, Latviya)
|
Astana (Qazaxıstan)
|
|
Gefle (İsveç)
|
Laçi (Albaniya)
|
|
Punik (Ermənistan)
|
Teuta (Albaniya)
|
|
Zrinjski (Bosniya)
|
Vikingur (Farer adaları)
|
|
Rudar (Monteneqro)
|
Turnovo (Makedoniya)
|
|
İnter (Azərbaycan)
|
Mladost (Monteneqro)
|
|
Skonto (Latviya)
|
Santa Coloma (Andorra)
|
|
Suduva (Litva)
|
Kukesi (Albaniya)
|
|
Vaduz (Lixtenşteyn)
|
Fuglafjordur (Farer adaları)
|
|
Flora (Estoniya)
|
Prestatyn Town (Uels)
|
|
Xəzər Lənkəran (Azərbaycan)
|
Airbus (Uels)
|
|
Torshavn (Farer adaları)
|
Bala Town (Uels)
|
|
TPS (Finlandiya)
|
La Fiorita (San Marino)
|
|
Breidablik (İslandiya)
|
Libertas (San Marino)
|
Göründüyü kim, Avroliqanın ilkin təsnifat mərhələsinin püşkatması zamanı klublarımızın hər üçü səpələnmişlər sırasında yer alacaq. Bu isə komandamızın güclülər sırasında olub, nisbətən zəif klublarla qarşılaşacağı anlamına gəlir.
Sonda onu da diqqətinizə çatdıraq ki, Avroliqanın ilkin təsnifat mərhələsinin ilk oyunları oyulun 4-də, cavab qarşılaşmaları isə 11-də keçiriləcək.
