24 iyun 2013 01:14
Simurq artıq Türkiyədədi
İyunun 17-dən bir araya gələn “Simurq” təlim-məşq toplanışının ikinci mərhələsinə start vermək üçün ötən gün səhər saatlarında Türkiyəyə yollanıb. Azerisport.az xəbər verir ki, buna qədər hazırlıqları Bakıda davam etdirən Zaqatala klubu artıq qardaş ölkədədi.
Georgi Çixradzenin yetirmələri iyulun 8-də ölkəyə qayıdacaq. Burada üç yoldaşlıq görüşündə gücünü sınayacaq Zaqatala təmsilçisinin heyətinə ilk təlim-məş toplanışında iştirak etməyənlər də qoşulacaq. Həmçinin düşərgəyə baxış üçün dəvət edilmiş yeni futbolçularda növbəti günlərdə düşərgəyə təşrif buyurması gözlənilir.
Qeyd edək ki, komandamızın Türkiyədəki hazırlıqlarındakı ilk rəqibi də artıq dəqiqləşib. “Sarı-qaralar” iyulun 30-da "Spartak” (Nalçik) ilə qarşılaşacaq. "Simurq" növbəti yoldaşılıq görüşlərini isə iyulun 3-də və 7-də keçirməyi planlaşdırır. Ancaq Georgi Çixradzenin komandasının növbəti rəqiblərinin kimlər olacağı hələ dəqiqləşməyib.
