24 iyun 2013 02:11
Qarabağ – Mordoviya matçının başlama vaxtı bəlli oldu
“Qarabağ” Qızılcahamamda təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, hazırlığın ötən günü komanda üçün istirahətlə keçib.
Belədə komanda Ankaraya yollanıb və gününü paytaxtda keçirib.
Xəbər verdiyimiz kimi, “Qarabağ” bu gün “Mordoviya” ilə qarşılaşacaq. Rusiya təmsilçisi ilə ilk oyun yerli vaxtla saat 18:00-da (Bakı vaxtıyla 20:00) olacaq.
Bu komanda ilə digər oyun isə ayın 27-nə planlaşdırılıb.
