23 iyun 2013 14:11
Ançelotti Realda ilinə 8 milyon avro qazanacaq
İspaniyanın “Real” klubunun sükanı arxasına keçməsi gözlənilən italiyalı mütəxəssis Karlo Ançelotti yaxın günlərdə Madrid təmsilçisi ilə müqavilə imzalayacaq. Azerisport.az xəbər verir ki, Fransanın PSG klubundan ayrılmağa hazırlaşan təcrübəli mütəxəssis İspaniyada ilinə 8 milyon avro qazanacaq.
Fransa mətbuatının iddiasıan görə, “Real” həm də PSG-yə 4,5 milyon avro kompensasiya ödəməli olacaq.
Qeyd edək ki, Ançelottinin iyulun əvvəlində rəsmən “Real”ın sükanı arxasına keçməsi gözlənilir.
