23 iyun 2013 14:32
Əfran İsmayılov: Lensdə özümü göstərməkdən niyə qorxmalıyam?
Futbol üzrə Azərbaycan yığmasının və “Bakı”nın yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibəsi
- Yeni mövsümə necə hazırlaşırsız?
- Hələlik istirahət edirəm və özümü qarşıdakı toplanışa hazırlayıram. Tezliklə yeni mövsümün hazırlıqlarına başlayacağıq.
- Hələlik istirahət edirəm və özümü qarşıdakı toplanışa hazırlayıram. Tezliklə yeni mövsümün hazırlıqlarına başlayacağıq.
- “Bakı”nı Milinko Pantiçin çalışdıracağı artıq dəqiqləşib. Ondan öncə gəldiyiniz üçün, komandada möhkəmlənə bilməyəcəyinizdən qorxmursuz? Axı hər mütəxəssis adətən öz heyətini qurmağa çalışır...
- Bu, məni narahat etmir. Futbolçu məşqlərdə özünü yaxşı tərəfdən göstərməyi bacarmalıdı. Mənim də belə şansım olacaq və yeni baş məşqçi mənim nəyə qadir olduğumu biləcək. Pantiç maraqlı məşqçidi. Fikrimcə, biz onun təyinatından fayda görəcəyik. Amma bütövlükdə, sən özünü yaxşı tərəfdən göstərəndən sonra baş məşqçinin kimliyi elə də vacib əhəmiyyət daşımır.
- Sizin mövqeyinizə Rəşad Abdullayev də alınıb və hələ də normal futbol sərgiləyir. Onunla rəqabətdən çəkinmirsiz?
- Qətiyyən yox. Bu, əksinə bizim lehimizə olacaq. Nəticədə isə komanda qazanacaq. Hər halda kim daha yaxşı səviyyədə olsa, meydana da o çıxacaq.
- Qətiyyən yox. Bu, əksinə bizim lehimizə olacaq. Nəticədə isə komanda qazanacaq. Hər halda kim daha yaxşı səviyyədə olsa, meydana da o çıxacaq.
- “Bakı”ya keçidiniz sizi bu mövsüm avrokuboklarda oynamaqdan məhrum etdi. Buna görə məyus deyilsiz?
- Düzünü deyim ki, mən əksinə avrokuboklardan kənarda qalmağıma sevinirəm. Nəhayət ki, son illərdə ilk dəfə belə normal istirahət edə bildim. Bu, ola bilər ki, kiməsə qəribə görünsün. Amma mənim bu istirahətə ehtiyacım var idi.

- Fransa mətbuatının iddiasına görə, Hafiz Məmmədov “Lens” klubuna sponsorluq etməsi tam rəsmiləşəndən sonra “Bakı”nın aparıcı futbolçularını bu klubda çıxış etməyə yollayacaq. Onların arasında sizin də adınız hallandırılır...
- Etiraf edim ki, bu barədə eşitməmişdim. Əgər bu, həqiqətən baş versə, təbii ki, həm oyunçuların özlərinin, həm də Azərbaycan futbolunun xeyrinə olacaq. Belə olan halda biz də əlimizdən gələni etməli olacağıq ki, özümüzü yaxşı tərəfdən göstərək.
- Bizim futbolçular adətən əcnəbi klublarda möhkəmlənə bilmirlər və tez bir zamanda geri qayıtmağa qərar verirlər. Bundan çəkinmirsiz?
- Razıyam. Bu, heç də asan məsələ deyil. Amma belə bir aqibətlə üzləşəcəyimi düşünmürəm. Artıq 24 yaşım var. Niyə özümü göstərməkdən qorxmalıyam? Yenə də deyirəm ki, belə bir şans yaransa, əlimdən gələni edərəm ki, özümü ən yaxşı tərəfdən göstərim..

- İstirahətin sizə faydası oldu?
- Şübhəsiz. Bədənimdə heç bir ağrı yoxdu. Zədələrim də tam sağalıb. Ona görə bu baxımdan tam formadayam. İndi qalır sadəcə oyun formamı bərpa etmək.
- Şübhəsiz. Bədənimdə heç bir ağrı yoxdu. Zədələrim də tam sağalıb. Ona görə bu baxımdan tam formadayam. İndi qalır sadəcə oyun formamı bərpa etmək.