23 iyun 2013 15:52
Təmsilçimiz məğlubiyyətlə başladı (FOTOLAR)
Xəbər verdiyimiz kimi, İtaliyada UEFA Regionlar Kubokunun final mərhələsinin A qrupunun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçisi “Qaraçala” ilk oyununu Macarıstanın “Keleti” klubuna qarşı keçirib. Qarşılaşma təmsilçimizin məğlubiyyəti ilə başa çatıb – 0:2.
