24 iyun 2013 18:10
Qarabağ üçün tanış rəqib
Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkü atıldı. Azerisport.az xəbər verir ki, bu turnirdəki təmsilçilərimizdən “Qarabağ” ilk təsnifat mərhələsində 2010/11 mövsümündə mübarizədən kənarlaşdırdığı Skopye “Metallurg”u ilə qarşılaşacaq.
“Metallurg” futbol klubu 1964-cü ildə yaradılıb. Komandanın baş məşqçisi Srqian Jaxarievskidi. 39 yaşlı mütəxəssis 2012-ci ildə “Metallurg”da karyerasını bitirib və həmin vaxtdan komandanın sükanı arxasındadı.
“Metallurg” 1993-ci ildə Makedoniya çempionatının güclülər dəstəsinə vəsiqə qazanıb və həmin vaxtdan I liqa adlanan bu çempionatda çıxış edir. “Qarabağ”ın rəqibi ilk dəfə 2009/10 mövsümündə üçüncü yeri tutmaqla avrokuboklara vəsiqə qazanıb. Lakin Avropa Liqasının I təsnifat mərhələsində onların qarşısını “Qarabağ” kəsib.
Ardıcıl üç mövsümdü (2010/11, 2011/12 və 2012/13) gümüş medalları qazanan “Metallurg” hər üç halda Avropa Liqasında mübarizəni I təsnifat mərhələsində dayandırıb. Bir dəfə onların qarşısına “Qarabağ” çıxıbsa, 2011-də Maltanın “Birkirara” ötən il isə Polşanın “Ruch” klubuna uduzublar.
