24 iyun 2013 18:17
Budaq Nəsirov Sumqayıtla 2 illik müqavilə imzaladı
"Sumqayıt" Futbol Klubu 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Azerisport.az xəbər verir ki, bu komanda Vurğun Hüseynov, Vüqar Əsgərov, Anar Nəzirov və Zaur Həşimovun ardından "Turan"ın sabiq müdafiəçisi Budaq Nəsirovu heyətinə qatıb.
17 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb.
