24 iyun 2013 18:44
Neftçi Belçikadan hücumçu gətirdi (FOTO)
Avstriyada təlim-məşq toplanışında olan “Neftçi”nin düşərgəsinə daha bir futbolçu gəlib. Azerisport.az xəbər verir ki, bu, kamerunlu Ernest Nfordu.
Avstriyaya meneceri ilə gələn forvardla hazırda danışıqlar aparılır. Nikolas Kanalesin əvəzləyicisi ola biləcək Ernest bu gün komanda ilə məşqə çıxacaq. Onun komandada qalıb-qalmayacağı yaxın günlərdə bilinəcək.
Qeyd edək ki, 27 yaşlı hücumçu karyerasına Kamerunun “Sable” klubunda başlayıb. 2005-ci ildə Belçikaya gələn Ernest 2005/06 mövsümündə “Gent”də çıxış edib (2 oyun). Afrikalı oyunçu 2006/07 mövsümündə “Deinze”yə (5 oyun, 1 qol), 2007/08-də “Kortrijk”ə (35 oyun, 14 qol) icarəyə verilib. 2008-ci ildə “Gent”də 7 oyun keçirib 1 qol vuran Nfor 2009-2011-ci illərdə “Sulte Varegem”də çıxış edib (75 oyun, 11 qol). Onun son iş yeri “Kortrijk” olub. Ernest 2011-ci ildən çıxış etdiyi klubda 66 oyun keçirərək 13 qola imza atıb.
