24 iyun 2013 18:38
Georgi Nikolov: Bizə normal rəqib qismət oldu
“İnter”in prezidenti Georgi Nikolov Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibləri – Finlandiyanın “Mariehamn” klubu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Hesab edirəm ki, bizə normal rəqib qismət oldu. Bəxtimizin gətirdiyinə əmin deyiləm. Çünki rəqibə hörmət etmək lazımdı. Vaxtından əvvəl sevinməyə də dəyməz. Finlandiya klubunun heyəti ilə tanış olmuşam. Xeyli legionerləri var. Deməli, komandanın məlum büdcəsi var. Mənə elə gəlir ki, bizə sadəcə öz futbolumuzu oynamaq qalır. Avropa Liqasında zəif rəqib olmur. Qısa vaxt ərzində rəqibi öyrənməyə çalışmalıyıq. İstənilən halda hər bir komanda qələbə qazanmaq, mərhələ adlamaq istəyir. “İnter” artıq ilk oyundaca özünü göstərməlidi”.
