24 iyun 2013 20:22
İnter Slavia üzərindəki qələbəni əldən verdi (YENİLƏNİB)
Avstriyada təlim-məşq toplanışında olan “İnter” bu gün hazırlıq prosesi çərçivəsində növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, “bankirlər”in rəqibi Çexiyanın “Slavia” klubu olub.
Görüşdə hesabı Azərbaycan təmsilçisi açıb. Amma son dəqiqələrdə çexlər hesabı bərabərləşdirə biliblər.
Qeyd edək ki, bu, “İnter”in Avstriyada üçüncü sınaq matçıdı. Kaxaber Sxadadzenin yetirmələri bundan öncə yerli “SV İnnsburk” klubuna 8 cavabsız qol vurmuş, Rusiyanın “Krasnodar” komandasıyla sülh bağlamışdı – 0:0.
Yoxlama oyunu
24 iyun
İnter – Slavia – 1:1 (1:0)
15-ci dəqiqədə "İnter" Ruslan Əmircanovun qolu sayəsində hesabı açıb
90-cı dəqiqədə Şkoda çexlərin cavab qoluna imza ataraq, komandasını məğlubiyyətdən xilas edib.
