İnter Xorvatiya yığmasının sabiq üzvünü transfer etdi (FOTO)
24 iyun 2013 19:07

“İnter” daha bir transfer rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, Bakı təmsilçisi Rusiyanın “Sibir” klubundan Matiya Şpiçiçi heyətinə qatıb.
Bu barədə Rusiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Sibir” xorvat futbolçu ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozduğunu açıqlayıb.
Qeyd edək ki, 25 yaşlı futbolçu müdafiə mövqeyində çıxış edir. 2012-ci ilin yanvarından “Sibir”in formasını geyinən Şpiçiç 40 oyunda 3 qol vurub.
“İnter”in yeni transferi əvəllər “Zaqreb” (Xorvatiya, 2006-2011, 50 oyun, 2 qol), “Tavriya” (Ukrayna, 2011, 3 oyun) və “İstra 1961” (Xorvatiya, 2011, 8 oyun) klublarında çıxış edib.
Matiya Xorvatiyanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. Belə ki, o, 2003-2004-cü illərdə U-16 (4 oyun, 3 qol), 20040-2005-də U-17 (14 oyun, 2 qol), 2005-2006-də U-18 (5 oyun, 3 qol), 2006-2007-də U-19 (7 oyun, 3 qol), 2009-da isə U-20 (3 oyun) yığmalarının şərəfini qoruyub.