24 iyun 2013 19:25
Böyükağa Hacıyev yeni gətirdikləri hücumçudan danışdı
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bu komandada baxışda olan yeni hücumçu – Ernest Nforla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Bu, kamerunlu hücumçu Ernest Nfordu. Etiraf edim ki, mən hələ özüm onu məşqlərdə görməmişəm. Komandaya ötən gün qoşulub. Avstriyaya qayıdandan sonra baxacağam, qiymət verəcəm. Onun haqqında bircə şeyi bilirəm: Nfor Belçika çempionatında oynayıb. Deməli, yaxşı futbolçudu və ondan çox şey gözləməyə dəyər”.

Qeyd edək ki, Nfora komandanın sıralarını tərk edən Nikolas Kanalesə əvəzləyici gözüylə baxılır.