24 iyun 2013 19:36
Xəzər Lənkəranın yoluna yenə İsrail klubu çıxdı
Bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin də püşkü atıldı. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran” – “Sliema” cütünün qalibi bu mərhələdə İsrailin “Maccabi” (Hayfa) klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” artıq avrokuboklarda İsrail təmsilçisi ilə bir dəfə qarşılaşıb. 2011/12 mövsündə Təl-Əviv “Maccabi”sinə rəqib olan təmsilçimiz ikinci təsnifat mərhəlsindən mübarizəyə başladığı turnirdə mərhələ adlaya bilməmişdi.
İyulun 14-də Təl-Əvivdə baş tutan ilk oyunda meydan sahibləri 3:1 hesablı qələbə qazanmış, cavab matçında isə qalib müəyyənləşməmişdi – 0:0. “Xəzər Lənkəran”ın heyətində “Maccabi”nin qapısına yol tapan yeganə futbolçu hazırda Rumıniyanın “Astra” klubunda çıxış edən Andrey Mureşan olub.
