24 iyun 2013 20:02
UEFA İnterin işini çətinə saldı
Məlum olduğu kimi, UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində "İnter" Finlandiyanın "Mariehamn" komandasıyla qarşılaşacaq. Azerisport.az xəbər verir ki, püşkə əsasən bu komandaların ilk oyunu səfərdə, cavab görüşü Bakıda keçirilməli idi.
Lakin UEFA püşkün nəticəsini dəyişmək qərarına gəlib. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, ilk qarşılaşma Bakıda keçiriləcək.
"İnter" rəqibini iyulun 4-də qəbul edəcək. Cavab oyunu bir həftə sonra Finlandiyada baş tutacaq.
