24 iyun 2013 20:11
Qurban Qurbanov: Mümkün 5 rəqibdən ən çətini elə Metallurg idi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avroliqanın birinci təsnifat mərhələsində qarşılaşacaqları köhnə tanış – Makedoniya “Metallurg”u (Skopye) barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, klub saytına açıqlamasında o, bunları söyləyib:
“Zənnimcə, mümkün olan 5 rəqibdən ən çətini elə “Metallurg” idi. 3 il bundan öncə onlara qarşı keçirdiyimiz oyun heç də asan olmamışdı. Makedoniya çempionatı günü-gündən inkişaf edir. Qışda onların başqa komandasıyla oynamışdıq. Qısa zamanda mümkün qədər çox məlumat toplamağa çalışacağıq. Bizi qarşıda ciddi oyun gözləyir. 3 il bundan öncə rəqibimiz ilk avrokubok təcrübəsini yaşayırdı. Lakin, həmin ildən sonra ardıcıl avrokuboklarda iştirak ediblər. Demək olar ki, bu baxımdan yetərli təcrübəyə malikdi. Qeyd etdiyim kimi, bizi çətin oyunlar gözləyir. Bu gündən etibarən ancaq ilk oyunu fikirləşməyə başlayacağıq”.