24 iyun 2013 20:16
Ruslan Avışovla Elhad Nəziri Avroliqadakı rəqiblərini tanıdı
Bu gün UEFA Avropa Liqasının püşkatma mərasimi keçirildi. Azerisport.az xəbər verir ki, püşk Rumıniya və Rusiya çempionatında çıxış edən iki həmyerlimizin komandasının da rəqibini müəyyənləşdirdi.
Ruslan Abışovun çıxış etdiyi “Rubin” ikinci təsnifat mərhələsində Serbiyanın “Yaqodina” klubuna rəqib olub.
Elhad Nəzirinin forma geyindiyi Rumıniyanın “Petrolul” klubu isə “Vikingur” (Farer adaları) – “İnter Turku” (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
