24 iyun 2013 20:55
Simurqun əvəzediciləri təlim-məşq toplanışına yollanır
Geridə qalan mövsüm əvəzedici heyətlərin ölkə birinciliyini gümüş medallarla tamamlayan “Simurq” sabahdan etibarən hazırlıqlara başlayacaq. Azerisport.az xəbər verir ki, Mingəçevirdə bir araya gələcək komanda burada üç günlük seleksiya işlərindən sonra, iyulun 3-dən Qaxda təlim-məşq toplanışına start verəcək.
İki həftəlik hazırlıqlardan sonra "sarı-qaralar" Gürcüstana yollanacaq. Bir həftədə qonşu ölkədə təlim-məşq toplanışı keçəcək komanda burada bir neçə yoldaşlıq görüşlərində gücünü sınayacaq.
Qeyd edək ki, əvəzedici heyət Mingəçevirdəki məşqləri şəhər stadionunda keçirdəcək. Burada əsasən heyəti formalaşdırmağa çalışacaq komanda baxış üçün dəvət olunmuş gənc futbolçular arasında seçim edəcək. Məşqçilər korpusunun inamını qazanmış oyunçularla rəsmi müqavilələr bağlanacaq.
